ucuz kargo - Xidmətlər

Menyu bölümündə  xidmətlər hissəsinə keçərək daha ətraflı məlumat ala bilərsiniz. Xidmətlətimizidən istifadə etməyə və kampaniyalardan yararlanmağa tələsin!

ucuz kargo - tariflər

Daşınma xərcləri bu yolla hesablanır

0.85$
KG 0.00 – KG 0.10
$1.45
KG 0.10 – KG 0.205
$2.45
KG 0.20 – KG 0.25
$2.99
KG 0.25 – KG 0.5
$3.45
KG 0.5 – KG 1
$3.45
KG 1 – KG 2

Ucuz kargo necə işləyir?

ucuz kargo - üstün cəhətlər

Fərqimiz adımızdan bilinir

Ucuz Kargo – Dünyada 2 milyarddan çox insan onlayn şəkildə alış-veriş edir. Onlayn alış-verişin həyatımızı asanlaşdırdığı danılmaz bir faktdır. Bu cür alış-verişdə həm az vaxt və enerji sərf edirik, həm də bizə ən uyğun geyimi brendlər arasında müqayisə apararaq tapa bilirik. Lakin tək üstünlüklər bunlarla bitmir. Onlayn alış-veriş həm də ənənəviylə müqayisədə olduqca münasib qiymətə başa gəlir.

Nəzərinizə çatdırmaq istərdik ki, onlayn alış-verişi həqiqətən münasib olması üçün bağlamanı sizə çatdıran da məhz bizim karqo olmalıdır. Digər kargo şirkətləri ilə müqayisədə ən ucuz qiymət cədvəlinə sahibik. Ucuz Kargonun Türkiyədən daşınma tarifləri ilə tanış olmaq üçün saytdakı qiymət cədvəli hissəsinə nəzər sala bilərsiniz.

Daşınma xərciniz minimum olsun

Bir çox karqo şirkətlərinin əksinə biz “Mənim üçün al” xidmətini ÖDƏNİŞSİZ şəkildə həyata keçiririk. “Mənim üçün al” xidmətindən istifadə etdiyiniz zaman məhsulun satın alma prosesini bizə əmanət edirsiniz. Beləliklə, etdiyiniz alış-verişə zəmanət əldə edirsiniz. Əgər məhsulunuzun sifarişi, çatdırılması zamanı hər hansı bir problem yaranarsa, məhsulunuz düzgün ölçüdə, rəngdə, modeldə gəlməzsə və ya zədələnərsə ödənişinizi saytdakı sifariş balansınıza geri yükləyirik. Bundan əlavə, “Mənim üçün al” xidməti vasitəsilə ilə siz həm də vaxtınıza qənaət edirsiniz. Üstəlik, bunun üçün əlavə heç bir məbləğ ödəmirsiniz.

Bu xidmət tamamilə ödənişsizdir. Bu da Ucuz Kargo-nu digər şirkətlərdən yaxşı mənada ayırır. Ucuz Kargonun digər üstünlüklərindən biri  “Qutulu” xidmətidir. Belə ki, əgər “Qutulu” olma tələbəni bildirmisinizsə, məhsulunuz əlavə bir qutunun içərisinə qoyularaq göndərilir. Beləliklə, həssas məhsullarınızı heç bir zədə olmadan əldə edə bilirsiniz. Digər karqo şirkətlərində isə bu xidmət olmadığından həssas məhsullarınız çatdırılma zamanı zədələnə bilir.

Zəmanət veririk

Bunlardan əlavə, müştərilərimizə təklif etdiyimiz digər xüsusi xidmət isə “Kontrol et” xidmətidir. Bu xidmətdən istifadə etdiyiniz zaman xarici anbarımıza təhvil verilən məhsullarınızın ölçüsü, brendi, modeli, rəngi və digər xüsusiyyətləri əməkdaşlarımız tərəfindən təfərrüatlı yoxlanılır. Əgər hər hansı bir uyğunsuzluq aşkar edilərsə məhsulunuz Azərbaycana gətirilmədən satıcıya geri qaytarılır. Bu halda məbləğ sizə geri ödənilir.

Bildiyiniz kimi, Türkiyənin ən böyük elektron ticarət saytı olan trendyol.com-da qeydiyyatdan keçən və ya adresinizi dəyişdirmək istədiyiniz zaman sizdən “doğrulama kodu” tələb olunur. Digər karqo şirkətlərində bu xidmət olmadığı üçün “doğrulama kodu”-nu almaq istədiyiniz vaxt şirkətin əməkdaşları ilə əlaqə saxlamalı olursunuz. Ucuz kargo-da isə bu cür işlərlə vaxt itirməyə ehtiyac yoxdur. Saytımızda olan “Trendyol doğrulama kodları” hissəsinə daxil olaraq bu kodu əldə edə bilərsiniz.   

ucuz-kargo-ucuz-serfeli