Dünyada 2 milyarddan çox insan onlayn şəkildə alış-veriş edir. Onlayn alış-verişin həyatımızı asanlaşdırdığı danılmaz bir faktdır. Bu cür alış-verişdə həm az vaxt və enerji sərf edirik, həm də bizə ən uyğun geyimi brendlər arasında müqayisə apararaq tapa bilirik. Lakin tək üstünlüklər bunlarla bitmir. Onlayn alış-veriş həm də ənənəviylə müqayisədə olduqca münasib qiymətə başa gəlir. Azərbaycanda onlayn alış-verişi əsasən Türkiyənin elektron ticarət saytları vasitəsi ilə edirik. Bu da kargo şirkətlərini onlayn alış-veriş kimi həyatımızın ayrılmaz parçası halına gətirir. Nəzərinizə çatdırmaq istərdik ki, onlayn alış-verişi həqiqətən münasib olması üçün bağlamanı sizə çatdıran da Ucuz kargo olmalıdır. 

Bizi niyə seçməlisiniz?

1. Ən ucuz qiymətlər

Digər kargo şirkətləri ilə müqayisədə ən ucuz qiymət cədvəlinə sahibik. Şirkətimizin Türkiyədən daşınma tarifləri ilə tanış olmaq üçün saytdakı qiymət cədvəli hissəsinə nəzər sala bilərsiniz.

ucuz-kargo-azerbaycanda-en-ucuz
2. Operativ xidmət

Zəng mərkəzimiz daxil olan zəng və mesajlarınızı operativ şəkildə cavablandıraraq bütün suallarınızı aydınlaşdırır. Əgər hər hansı bir mövzuda çətinlik çəksəniz, sualınız yaransa birbaşa olaraq əməkdaşlarımıza müraciət edə bilərsiniz. 

3. Ödənişsiz “Mənim üçün al” xidməti

Bir çox karqo şirkətlərinin əksinə biz “Mənim üçün al” xidmətini ÖDƏNİŞSİZ şəkildə həyata keçiririk. “Mənim üçün al” xidmətindən istifadə etdiyiniz zaman məhsulun satın alma prosesini bizə əmanət edirsiniz. Beləliklə, etdiyiniz alış-verişə zəmanət əldə edirsiniz. Əgər məhsulunuzun sifarişi, çatdırılması zamanı hər hansı bir problem yaranarsa, məhsulunuz düzgün ölçüdə, rəngdə, modeldə gəlməzsə və ya zədələnərsə ödənişinizi Ucuz kargo-nun saytındakı sifariş balansınıza geri yükləyirik. Bundan əlavə, “Mənim üçün al” xidməti vasitəsilə ilə siz həm də vaxtınıza qənaət edirsiniz. Üstəlik, bunun üçün əlavə heç bir məbləğ ödəmirsiniz. Bu xidmət tamamilə ödənişsizdir. Bu da Ucuz kargo-nu digər şirkətlərdən yaxşı mənada ayırır.

4. “Qutulu” xidmətimiz 

Ucuz kargo-nun digər üstünlüklərindən biri  “Qutulu” xidmətidir. Belə ki, əgər “Qutulu” olma tələbəni bildirmisinizsə, məhsulunuz əlavə bir qutunun içərisinə qoyularaq göndərilir. Beləliklə, həssas məhsullarınızı heç bir zədə olmadan əldə edə bilirsiniz. Digər karqo şirkətlərində isə bu xidmət olmadığından həssas məhsullarınız çatdırılma zamanı zədələnə bilir. 

5. “Kontrol et” xidmətimiz 

Bunlardan əlavə, Ucuz kargo-nun müştərilərinə təklif etdiyi digər xüsusi xidmət isə “Kontrol et” xidmətidir. Bu xidmətdən istifadə etdiyiniz zaman xarici anbarımıza təhvil verilən məhsullarınızın ölçüsü, brendi, modeli, rəngi və digər xüsusiyyətləri əməkdaşlarımız tərəfindən təfərrüatlı yoxlanılır. Əgər hər hansı bir uyğunsuzluq aşkar edilərsə məhsulunuz Azərbaycana gətirilmədən satıcıya geri qaytarılır. Bu halda məbləğ sizə geri ödənilir. 

6. “Doğrulama kodu” xidməti 

Bildiyiniz kimi, Türkiyənin ən böyük elektron ticarət saytı olan trendyol.com-da qeydiyyatdan keçən və ya adresinizi dəyişdirmək istədiyiniz zaman sizdən “doğrulama kodu” tələb olunur. Digər karqo şirkətlərində bu xidmət olmadığı üçün “doğrulama kodu”-nu almaq istədiyiniz vaxt şirkətin əməkdaşları ilə əlaqə saxlamalı olursunuz. Ucuz kargo-da isə bu cür işlərlə vaxt itirməyə ehtiyac yoxdur. Saytımızda olan “Trendyol doğrulama kodları” hissəsinə daxil olaraq bu kodu əldə edə bilərsiniz.   

ucuz-kargo-azerbaycanda-en-ucuz

Elə indi Ucuz kargo-dan qeydiyyatdan keçərək alış-verişə başlayın! Qeyd edək ki, həm saytımızdan, həm də ‘‘Appstore’’ ve ya ‘‘Playstore’’-da tətbiqimizi yükləməklə qeydiyyatdan kəçib alış-veriş edə bilərsiniz. 

XOŞ ALIŞ-VERİŞLƏR!